Haqqımızda

"Star Construktion-12" Qapalı Səhmdar Cəmiyyəti hazırda ISO 9001, Mənşə uyğunluq sertifikatları və təmir-tikinti lisenziyasına əsasən tikinti fəaliyyəti ilə məşgul olan müəssisədir. Şirkətimiz ban və avtomobil yolları, torpaq, ağac, beton işləri, işıq və elektrik işləri, dam və konstruksiya işləri, su və istilik elektrik stansiyaları və s. bu kimi tikinti işlərini həyata keçirir. "Star Construktion-12' QSC fəaliyyətə başladığı dövrdən bu günə qədər məhkəmə orqanları tərəfindən məsuliyyətə cəlb olunmamış və xüsusi əmlak üzərində qadağa qoyulmamışdır. Müəssisənin potensial gücü 5000m2 anbarı və 4 (dörd) sayda aktiv obyekti, 3 ədəd yük maşını, 1 ədəd kamaz, 1 ədəd qazel, 1 ədəd qoşqu, 1 ədəd buldozer, 1 ədəd yol düzləşdirici texnikası, 1 ədəd avtokran, 2 ədəd ekskovator və digər bu kimi texniki vasitələrindən ibarətdir.

Təmir-tikinti layihələrində baş podratçı kimi iştirakı nəticəsində qarşı tərəfi avadanlq, mebel, təsərrüfat, geyim və s. növlü təchizat materialları ilə də təchiz etmişdir. Şirkətimizin göstərilən bütün xidmətlərinin və işlərinin öhdəsindən gəlməsi üçün ümumilikdə 200 nəfərdən çox peşəkar kadrları vardır.

“Star Construktion-12” QSC dövlət idarələrinin keçirdiyi bir çox layihələrində iştirak etmişdir. Yenidənqurma, əsaslı və cari təmir, abadlıq, kommunal və kommunikasiya, dam örtükləri, park və istirahət sahələrinin salınması, eləcə də inventar avadanlıq o cümlədən həyət qurğularının alınmasına dair xidmətlər göstərir. Bağlanmış müqavilələrə dair tikinti sahəsi azı (3) üç il təminat daşıyaraq təmin olunmuş avadanlıq inventarlara azı (2) iki il təminat verilərək müqavilə öhdəliklərini tam zamanında təhvil vermişdir.

“Star Construktion-12” QSC-nin qısa zamanda uğur qazanmasının əsas sirri güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımıdır. Yaradıcılıq potensialımız bizə istənilən layihəni həyata keçirməyə imkan verir. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə layihələri konsepsiyasından başlayaraq təhvil verilmə mərhələsinə kimi tam həyata keçirir. Şirkətimiz müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.