Masallı rayonu 2 №-li Boradigah Tam orta məktəbi
Açılış tarixi: 28 dekabr 2020
Masallı rayonu İ.Nağıyev adına Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəb təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inşa edilmiş yeni tədris ocağında müəllimlərin səmərəli fəaliyyəti, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır.
Üç mərtəbədən ibarət olan məktəb 624 şagird üçün nəzərtə tutulmuşdur. 28 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq otağı, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərir.

Təhsil müəssisəsi su, elektrik, müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb, o cümlədən binaya fasiləsiz elektrik enerjisi vermək məqsədilə generatorla təmin olunub.

Məktəbin həyətində mini futbol, həndbol və basketbol meydançaları inşa edilib.
Digər layihələr