277 saylı Körpələr evi - uşaq bağçası
Açılış tarixi: 27 avqust 2022
Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ile 277 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulmuşdur.
277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, inventar və avadanlıqla təchiz olunub.

220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb. Ağaclar ve kollar əkilib, binanın fasadı əlvan rənglərlə boyanıb.
Digər layihələr