4 hektar əraziyə sahib olan Alatava meşə parkının 70 faizindən çoxunu yaşıllıq zonası əhatə edir. Park, sakinlərin istirahəti üçün bütün lazımi şəraitlə təşkil olunmuşdur.
Qısa müddət ərzində sakinlərin sevimli ailəvi istirahət yerinə çevrilən bu park şəhərsalma standartlarına və müasir tələblərə uyğun şəkildə salınıb. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb.
Aktiv istirahəti sevən sakinlər üçün əyləncə guşələri yaradılıb, müxtəlif idman qurğuları, uşaq meydançası, həmçinin söhbətgahlar quraşdırılıb,oturacaqlar qoyulub.
Qeyd edək ki, həyata keçirilən bu layihə sosial xarakter daşıyır və məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir.